BaşlıcaBeynəlxalq

Assambleyanın Azərbaycan üzrə məruzəçisi hesab edir ki, AŞPA DQ-da  humanitar böhrana görə məsuliyyət daşıyır

“Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağdakı humanitar böhrana görə məsuliyyət daşıyır, çünki bizim məqsədimiz insan hüquqlarının müdafiəsidir”.

Bu haqda  AŞPA Monitorinq Komissiyasının Azərbaycan üzrə məruzəçisi, norveçli deputat Liz Kristoffersen  ArmInfo müxbiri ilə  söhbətində bildirib.

O, xatırladıb ki, ötən ilin dekabrında AŞPA-nın Azərbaycan və Ermənistan məsələsi üzrə həmməruzəçiləri birgə bəyanatda Laçın dəhlizindəki vəziyyətə toxunublar.

“Biz hakimiyyəti Laçın dəhlizini açmağa çağırdıq, oxşar çağırışı Avropa Şurası, AB, ATƏT Nazirlər Komitəsi də edib. Norveçdə mənim hökumətim də israrla hakimiyyəti dəhlizi açmağa çağırır” – deyərək   o, qeyd edib.

Kristoffersen vəziyyəti öyrənmək üçün bu ilin yazında Azərbaycana səfərindən, həmçinin Bakı hakimiyyətinin vəziyyətin obyektiv qiymətləndirilməsi üçün beynəlxalq müşahidəçilərin münaqişənin təsir etdiyi əraziyə daxil olmasına icazə verməməsindən danışıb.

O, qeyd edib ki, bu halda o, ATƏT, Qızıl Xaç, Amnesty International və Helsinki Komitəsi də daxil olmaqla bir neçə mənbəyə istinad etməli olacaq.

“Həmçinin, Norveç hökumətindən məlumat istəyə bilərəm, AB bunun üzərində işləyir. Məlumat toplamaq üçün bir neçə yol var və təkcə hadisə yerində gördüyümüzdən asılı deyil” – deyərək o, bildirib.

Qeyd edək ki, Liz Kristoffersen bundan əvvəl AŞPA daxilində korrupsiya iddialarını araşdıran Avropa Sabitlik İnstitutunun (ESİ) qalmaqallı hesabatında da adı keçən Azərbaycan məsələsi üzrə məruzəçi kimi təqdim edilib.

Hesabatda qeyd olunur ki, Kristoffersenin namizədliyi 2009-cu ildə Azərbaycan tərəfdarları tərəfindən Azərbaycan üzrə məruzəçi postuna əngəllənib. Həmin vaxt tərəfdarlar bu vəzifəyə “öz adamı” olan  Debono Qrexi təyin edə biliblər.

Daha çox göstər
Back to top button