Başlıcaİctimaiyyət

RF MEA: “Türkiyədə baş verən zəlzələ Spitakdakı zəlzələdən qat-qat güclü olub”

Türkiyədə baş verən zəlzələ 1988-ci ildə Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələdən qat-qat güclü olub.Alınan  məlumata görə, bu haqda  “RİANovosti”agentliyinə  Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru Pyotr Şebalin deyib.

Bu barədə “Novosti” yazır.

Şebalin agentliyə bildirib ki, Türkiyədə bir neçə gün 6 bal gücündə zəlzələlər təkrarlanacaq. NetBlocks xidmətinin məlumatına görə, Türkiyənin Cənub bölgələrində gecə saatlarında baş verən zəlzələ nəticəsində ölkədə elektrik enerjisi və internet kəsilib.

“7,8 bal gücündə zəlzələnin Türkiyənin Cənub bölgələrində elektrik enerjisi və internetin kəsilməsinə səbəb olduğu təsdiqlənib.

Rabitə vasitələrinin olmaması əhalinin kömək istəməsinə təsir göstərə bilər” – deyərək xidmətin Telegram kanalında yerləşdirilən mesajdabildirilib.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1014 nəfər ölüb, 5385 nəfər xəsarət alıb.

Bu gün günorta saatlarında Türkiyədə 7,7, 4,2 və 4,3 bal gücündə daha bir neçə zəlzələ qeydə alınıb. Həmçinin Suriyanın bir sıra bölgələrində dağıntılar olduğu bildirilir. Suriyada 476 nəfərin öldüyü bildirilir

Daha çox göstər
Back to top button