BaşlıcaSiyasət

Almaniya Xİ naziri:  “Laçın dəhlizinin blokadasına son qoyulması, Azərbaycan və Rusiyanın üzərinə düşən vəzifələri yerinə yetirməsi vacibdir”

Almaniyanın Xarici işlər naziri Annalena Berbük Laçın dəhlizinin bağlanmasına toxunaraq, Qarabağda çətin humanitar vəziyyətin yaradıldığını vurğulayıb.

Almaniyalı nazir ER Xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib: “Laçın dəhlizinin blokadasına dərhal son qoyulması və Azərbaycan və Rusiyanın üzərinə düşən öhdəlikləri yerinə yetirməsi vacibdir. Biz AB olaraq beynəlxalq müşahidəçilər göndərmişik”.

O, əlavə edib ki, ən kiçik qığılcım belə yanğına çevrilə bilər. Almaniya Xarici işlər nazirinin sözlərinə görə, Almaniya da həmin missiyada iştirak edəcək.

“AB olaraq biz çox aydın şəkildə deyirik ki, bizim orada fəaliyyətimiz neytral müşahidə missiyasıdır. Bu, çox vacibdir, çünki bu, Azərbaycan üçün də faydalı olmalıdır. Sülh və sabitliyi isə yalnız danışıqlar yolu ilə yaratmaq olar”.

Daha çox göstər
Back to top button