BaşlıcaSiyasət

Baş nazir Nikol Paşinyan Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədlə telefon danışığı aparıb

Ermənistan hökumətindən verilən məlumata görə, Baş nazir fevralın 6-da  baş vermiş zəlzələlər zəncirində çoxlu sayda insan tələfatı və dağıntılarla bağlı dost Suriya Prezidentinə və xalqına öz adından və ER hökuməti adından başsağlığı verib.

Nikol Paşinyan bütün xəsarət alanların tezliklə sağalmasını arzulayıb və qeyd edib ki, Ermənistan zəlzələdən zərər çəkmiş əhalinin ağır həyat şəraitini yüngülləşdirmək və fəlakətin nəticələrini aradan qaldırmaq üçün Suriyaya dəstək verməyə hazırlaşır.

Bəşər Əsəd dəstəyə görə təşəkkür edib və hazırda onlar üçün əsas problemin qida ilə bağlı olduğunu qeyd edib.

Razılaşma əldə olunub, ona əsasən Ermənistan Suriyaya önəmli olaraq ərzaq və digər yardım növləri göndərəcək.

Suriya Prezidenti göstərilən yardıma görə təşəkkür edib və ümid edib ki, Ermənistan Respublikasının köməyi ilə zəlzələnin ağır nəticələrini tez bir zamanda aradan qaldırmaq mümkün olacaq.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button