
RF Xarici işlər naziri Sergey Lavrov Ermənistanın bundan əvvəl Azərbaycanın 7 rayonunu işğal etdiyini açıqlayıb. O, Praqa razılaşmalarına işarə edərək, bunun danışıqlar prosesini çətinləşdirdiyini deyib.
“RadarArmeniya” beynəlxalq ekspert Şahan Qantaharyanla mövzu ətrafında söhbət edib.
Qantaharyanın qənaətincə, Lavrov burada “Lavrov” və ya Kazan planından danışır. Yüksək rütbəli məmur 7 rayonu vurğulayarkən bu o deməkdir ki, onun qarantiyası və sülhməramlı missiyasının olduğu DQMV xüsusi qeyd edir.
Lakin Lavrov 7 rayona daxil olmayan Şuşi və Hadrutun adını çəkməyib. 7 rayonun işarələnməsindən daha narahat edən Şuşi və Hadrutdan yan keçməsidir.
Praqa razılaşmalarına gəlincə, Moskva sadə mətnlə deyir ki, problemləri ancaq onun vasitəçiliyi ilə həll etmək olar.
RF Xarici işlər nazirinin KTMT-nin Qafqazda vəziyyəti sabitləşdirmək yollarını tapmaqda Ermənistan və Azərbaycana kömək etməyə hazır olduğu barədə bəyanatına toxunan beynəlxalq ekspert iddia edib ki, Moskvanın problemlərin həllində açarı belədir: Rusiya qüvvələri Artsax- Azərbaycan sərhədləri, KTMT qüvvələri Ermənistan-Azərbaycan sərhədlərində olmalıdır.
“KTMT-nin Azərbaycanın sentyabrda Ermənistana təcavüzünə siyasi qiymət verməməsi vasitəçi rolunu saxlamaq və kollektiv Qərbin nüfuzunu əngəlləmək yanaşmalarından irəli gəlir.
Söhbət Qazaxıstana gələndə isə KTMT həyat qabiliyyətli idi, Ermənistan üçün isə həyati qabiliyyətli olmayıb”- deyə beynəlxalq ekspert bildirib.







