ArtsaxBaşlıcaSiyasət

Bütün dünyanın gözü qarşısında Dağlıq Qarabağ humanitar fəlakətlə üz-üzədir: Mirzoyan

İndi danışdığımız zaman, Dağlıq Qarabağın 120.000 ermənisi tam blokada şəraitində yaşayır, dünya ilə əlaqəsi kəsilib.

Bu barədə ER XİN başçısı Ararat Mirzoyan bildirdi.

“Və bu, iki aydır ki, davam edir. Təsəvvür edirsinizmi, insanlar iki ay ərzində əsas sərbəst hərəkət hüququndan məhrum ediliblər?

Bütün dünyanın gözü qarşısında Dağlıq Qarabağ humanitar fəlakətlə üz-üzədir. Soyuq qış şəraitində, demək olar ki, hər gün qaz və işıq kəsilir – blokadanın müxtəlif tərəflərindəki ailələr, təhsil hüququndan məhrum olan uşaqlar, lazımi tibbi müdaxiləyə ehtiyacı olan və bu müdaxilənin allmayan insanlar.

Bütün bunlar Azərbaycan tərəfinin qlobal ekoloji gündəmi manipulyasiya edərək və 9 noyabr 2020-ci il tarxli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərin pozaraq Dağlıq Qarabağı Ermənistana birləşdirən yeganə yol olan Laçin dəhlizinin bağlanmasının nəticəsidir”,- deyə nazir vurğuladı.

Ararat Mirzoyan qeyd edib ki, Laçın dəhlizinin blokadaya alınması, eləcə də ondan əvvəl Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisinə qarşı təcavüzlər və Dağlıq Qarabağda həyat üçün dözülməz şərait yaradılması kimi digər təcavüzkar hərəkətlər bir məqsədi var: Dağlıq Qarabağın erməni əhalisini öz evlərini tərk etməyə məcbur etmək və bununla da faktiki olaraq onları öz vətənlərində yaşamaq hüququndan məhrum etmək.

“Bunu sadəcə etnik təmizləmə siyasəti kimi qiymətləndirmək oalr. Bu, Azərbaycanın beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ əhalisinin hüquqları və təhlükəsizliyi məsələsinin həlli ilə bağlı çağırışlarına cavabıdır.

Bununla paralel olaraq, 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabr aylarında Azərbaycanın Ermənistan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı törətdiyi təcavüzün nəticələri indiyədək aradan qaldırılmayıb.

Azərbaycan beynəlxalq humanitar hüquq normalarını və 9 noyabr tarixli üçtərəfli bəyanatı pozaraq erməni hərbi əsirləri və mülki şəxsləri girov kimi saxlamaqda davam edir, zorla itkin düşənlərin çoxunun taleyi isə naməlum olaraq qalır.

Azərbaycanın nəzarəti altında olan ərazilərdə Dağlıq Qarabağın erməni tarixi, mədəni və dini irsinin məhv edilməsi davam edir”, – o vurğulayıb.

Eyni zamanda, Ermənistan XİN başçısı qeyd etdi ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, sülh gündəminin irəliləməsi Ermənistan Respublikasının prinsipi və strategiyasıdır.

Daha çox göstər
Back to top button