BaşlıcaSiyasət

Enerji sahəsində Azərbaycanla əməkdaşlığın aktivləşməsi insan haqları məsələlərinin arxa plana keçəcəyi anlamına gəlmir: Almaniya XİN

Almaniyanın xarici işlər naziri Annalena Berbok qeyd etdi ki, Azərbaycanla enerji sektorunda əməkdaşlığın aktivləşməsi insan haqları və qanunun aliliyi məsələlərinin ikinci planda qalacağı anlamına gəlmir.

Nazir qeyd etdi ki, insan hüquqları və qanunun aliliyi məsələlərini arxa plana keçirmək olmaz, çünki bu, çox pis nəticələrə gətirib çıxara bilər.

“Bəli, biz enerji böhranından qaçmaq üçün tərəfdaşlar axtarırıq, lakin bu, o demək deyil ki, insan hüquqlarına məhəl qoymayacağıq. Bu prinsip Azərbaycanın timsalında da işləyəcək”, – deyə Almaniyanın xarici işlər naziri bildirib.

Daha çox göstər
Back to top button