BaşlıcaSiyasət

Ermənistanın Baş naziri ilə Türkiyə prezidenti arasında telefon danışığı olub

Ermənistan hökumətindən verilən məlumata görə, Baş nazir ölkənin Cənub-Şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı verib.

Nikol Paşinyan bütün xəsarət alanların tezliklə sağalmasını arzulayaraq əlavə edib ki, Ermənistan Respublikasının xilasedici qüvvələrini fəlakət bölgəsinə aparan təyyarə Yerevanın “Zvartnots” hava limanından qalxmağa hazırlaşır.

Rəcəb Tayyib Erdoğan Ermənistanın Baş nazirinə göstərdiyi dəstəyə görə təşəkkür edib və Türkiyə hökumətinin Ermənistanın dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib və bu addımı iki ölkə arasında dialoqun daha da dərinləşdirilməsi baxımından vurğulayıbdır.

Daha çox göstər
Back to top button