BaşlıcaSiyasət

Mirzoyan Bundestaq komitələrinin üzvləri ilə Cənubi Qafqazda təhlükəsizliyə xələl gətirən çağırışları müzakirə edib

Fevralın 7-də ER Xarici işlər naziri Ararat Mirzoyan ADR Bundestaqının xarici əlaqələr, müdafiə, insan hüquqları və humanitar yardım, eləcə də AB məsələləri üzrə daimi komissiyalarının yüksək vəzifəli deputatları ilə görüşüb.

 Görüşdə Almaniya-Cənubi Qafqaz Dostluq qrupunun üzvləri də iştirak ediblər.

ER Xarici işlər nazirliyindən verilən məlumata görə, nazir Mirzoyan Ermənistan və Almaniya arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığın qurulduğunu məmnunluqla qeyd edib.

Xarici işlər naziri parlament diplomatiyasının rolunu vurğulayaraq, Ermənistan-Almaniya parlamentlərarası fəal əlaqələrinin həm ikitərəfli gündəliyin genişlənməsinə, həm də mühüm regional məsələlərin gündəmə gəlməsinə töhfə verdiyini qeyd edib.

Həcmli müzakirələr zamanı Ermənistanda həyata keçirilən demokratik islahatlarla bağlı fikir mübadiləsi aparılıb, bu kontekstdə nazir Mirzoyan Ermənistanda islahatların inkişafı və həyata keçirilməsi istiqamətində Almaniya və Avropa Birliyi tərəfindən göstərilən dəstəyi xüsusi qeyd edib.

“Görüş iştirakçıları Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə xələl gətirən çağırışları da müzakirə ediblər. Ararat Mirzoyan Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranın təfərrüatlarını təqdim edib.

Bununla bağlı Ermənistan tərəfi Bundestaq üzvlərinin aydın mesajlarını, o cümlədən Laçın dəhlizinin yenidən açılması və sərbəst hərəkətin bərpasını yüksək qiymətləndirib.

Nazir Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh prosesində son hadisələri də görüş iştirakçılarına təqdim edib və vurğulayıb ki, Azərbaycanın döyüşkən ritorikası, ekstremist ambisiyaları və təcavüzkar hərəkətləri Ermənistanın Cənubi Qafqazda sabitlik və sülhün bərqərar olması səylərinə zərbə vurur” – deyərək  məlumatda bildirilir.

Mənbənin sözlərinə görə, tərəflər ER-AB tərəfdaşlığının daha da genişləndirilməsi ilə bağlı bir sıra məsələlərə də toxunublar

Daha çox göstər
Back to top button