BaşlıcaTəhlil

Rusiya qalan iki müttəfiqindən birini itirmək ərəfəsindədir: Diplomat

Rusiya qalan iki müttəfiqindən birini – Ermənistanı itirmək ərəfəsindədir və əgər biz Ermənistanı müttəfiq kimi saxlamasaq, o zaman Rusiyanın xarici siyasətinin perspektivi çox qaranlıq olacaq və bunun Qafqazda ikinci cəbhənin yaranmasına gətirib çıxaracağı da istisna edilmir.

Bunu Rusiyada tanınmış politoloq, təqaüddə olan diplomat, Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri Nikolay Platoşkin bildirib.

Platoşkin Rusiya Xarici İşlər Nazirliyini kəskin tənqid edib. Onun sözlərinə görə, Laçın dəhlizinin blokadasına mane olmamasının səbəbləri ilə bağlı sualına cavab olaraq, XİN “müttəfiqi ilə ictimai mübahisəyə girib”.

“Türkiyə, Azərbaycan və İsrail Rusiyanı aşağılamaq üçün hər şeyi edirlər. İndi də bundan istifadə edən Qərb dövlətləri Ermənistana deyirlər: “Müttəfiqləriniz nəyə lazımdır? Kömək etməyəcəklər, bizə gəlin, lazım olsa kömək edəcəyik”, – Platoşkin bildirib.

Politoloq Rusiyanın Ərdoğan və Əliyevə təsir rıçaqlarının olmadığına inanmır. Bunun mənası isə Rusiyanın Cənubi Qafqazda ikinci cəbhəsinin olması deyil, özünə qarşı ikinci cəbhənin açılmasının qarşısını almaqdır. Diplomatın fikrincə, “siyasətçi növbəti seçkiləri düşünür, dövlət xadimi isə gələcək nəsil haqqında düşünməyə borcludur”, ona görə də Rusiya siyasətçilərinin Cənubi Qafqazdakı vəziyyətlə bağlı qondarma “praqmatizmi” yersiz və təhlükəlidir.

Diplomat bu gün Rusiya-Ermənistan münasibətlərinə Nikol Paşinyan şəxsiyyəti prizmasından baxanları, Paşinyanın “Kreml dostu” hesab etdiyi rejimi devirməsinə görə qisas yolunu tutanları tənqid edib.

“Paşinyanlar gəlib-gedirlər. İndi milyonlarla erməni Rusiyaya baxıb düşünür: “Əgər ruslar bizi indi satırlarsa, biz gələcəkdə necə onlarla ola bilərik?”,-deyə Platoşkin Rusiya üçün ən vacib amili də qeyd etdi – o da, böyük və nüfuzlu qlobal erməni diasporunun mövcudluğudur.

Daha çox göstər
Back to top button