
İran Avropa Birliyinin mülki missiyasının Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. Aldığımız məlumata görə, bu haqda İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri “Ermənistan-İran münasibətləri ümumi maraqlar kontekstində” adlı seminarda jurnalistin sualını cavablandırarkən deyib.
“Digər ölkələr regionda təhlükəsizlik və sülhə töhfə verə bilər” – deyərək səfir qeyd edib.
Region ölkələrinin iştirakı ilə problemlərin həllinə gəlincə, bu, dialoq və müzakirələrə əsaslanacaq təhlükəsizliyi və sülhü təmin edə bilər.







