
Fevralın 21-dən etibarən Artsaxda dövlət ehtiyatından verilən 5 ərzaq məhsuluna meyvə, tərəvəz və yumurta əlavə olunacaq. Bu barədə Artsax İnformasiya Qərargahı “Facebook” səhifəsində məlumat verib.
“Bir qrup zəruri ərzaq məhsullarının kupon sistemi vasitəsilə istehlakçılara təqdim edilməsi davam etdiriləcək. Mövcud ərzaq çatışmazlığı və onun əhali arasında bərabər paylanmasının zəruriliyi nəzərə alınaraq, talonla verilən məhsulların siyahısı genişləndirilib. Fevralın 21-dən dövlət ehtiyatından verilən 5 ərzaq məhsuluna meyvə-tərəvəz və yumurta əlavə olunacaq”, – deyə mənbə bildirib.







