BaşlıcaSiyasət

Avropa Şurasının deputatı: “Bizim erməni xalqını yeni etnik təmizləmə təhlükəsi qarşısında tək qoymağa haqqımız yoxdur”

Bu gün Ermənistana gələn Avropa Parlamentinin deputatı Fransua Ksavye Bellami “Facebook” sosial şəbəkəsində fotolar dərc edərək yeni etnik təmizləmə təhlükəsi qarşısında erməni xalqını tənha qoymağa haqqımız yoxdur deyib.

“Bu axşam Ermənistana gəldim, Laçın dəhlizinin girişindəyəm. Dağlıq Qarabağa girməyin yeganə yolu Azərbaycan tərəfindən iki aydır bağlanıb.

Buradan bir neçə kilometr aralıda yüz iyirmi min mülki erməni xarici aləmdən kəsilibdir. Bu böyük humanitar böhranla üzləşən Avropa nəhayət hərəkətə keçməlidir.

Çünki bizim erməni xalqını yeni etnik təmizləmə təhlükəsi qarşısında tənha qoymağa haqqımız yoxdur və ona görə ki, əslində ölkələrimizin təhlükəsizliyi də risk altındadır” – deyərək o, yazıb.

Daha çox göstər
Back to top button