
Ermənistan Stepanakertlə Bakı arasında beynəlxalq səviyyədə görünən çərçivədə müzakirələrin aparılmasının tərəfdarıdır və Ermənistan bu mexanizmin yaradılması üzərində beynəlxalq tərəfdaşları ilə işləməyə davam edir.
Bu haqda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, fevralın 14-də jurnalistlərlə söhbətində qeyd edib.
“Sülh müqaviləsi ondan ibarətdir ki, hər şey aydın olmalıdır. Ermənistan tərəfi bu aydınlıq üzərində işləyir, biz qarant institutunun yaradılmasının tərəfdarıyıq, bu, erməni tərəfinin mövqeyidir.
Bu mexanizm beynəlxalq o müqavilələrə istinad edə bilər hansının ki, ətrafında danışıqlar aparılır.Bu müzakirə ediləcək məsələdir və bunu dəqiqləşdirmək üçün müzakirə davam olunmalıdır.
Bu sənəd yekun deyil, danışıqlar gedir, ictimaiyyətin aydın cavablar gözlədiyini başa düşmək olar, lakin bu, danışıqlar prosesidir.Aydındır ki, cəmiyyət dəqiq cavab ehtimal edir. Lakin bu danışıqlar prosessidir.
Azərbaycan tərəfindən bizə ötürülən mətnin üzərində, biz çalışdıq. İndi erməni tərəfi işləyir və məncə mətn ən qısa zamanda hazır olacaq və biz onu Azərbaycan tərəfinə ötürəcəyik hələ ki, hansı formada məlum deyil”- deyərək Qriqoryan qeyd edib.
O, deyib ki, sülh sazişində Dağlıq Qarabağa istinad var, lakin nəzərə almaq lazımdır ki, sənəd hələ yekun deyil,çünki danışıqlar gedir”- deyərək Qriqoryan bildirib.
Sülh sazişində Dağlıq Qarabağ məsələsinin hər hansı şəkildə həll edilməsi Ermənistan üçün prinsipial məsələdirmi,suala Qriqoryan belə cavab verib:
“Ermənistan tərəfi üçün beynəlxalq səviyyədə görünən mexanizmin yaradılması daha vacibdir, onun çərçivəsində Stepanakert Bakı isə təhlükəsizlik və hüquq məsələlərini müzakirə edəcək.
Bunun hansı formatda olacağı önəmli deyil.İlkin məsələ mexanizm yaratmaqdır” – deyə Armen Qriqoryan bildirib.
Biz sülh sazişinə konkret olaraq nəyi daxil edirik suala Qriqoryan cvab verdi ki, söhbət konkret nəyisə daxil etməkdən yox, yanaşmadan gedir:
Stepanakertlə Bakı arasında təhlükəsizlik və hüquqlarla bağlı müzakirələr üçün beynəlxalq səviyyədə görünən mexanizm yaradılmalıdır. .
“Həmin mexanizmi yaratmaqla biz təhlükəsizlik və hüquqları təmin edən mexanizmlərin nə olduğunu anlayacağıq” – deyərək o, qeyd edib.







