Ararat Mirzoyan Adıyamanda erməni xilasediciləri ilə görüşüb

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Adıyaman şəhərində erməni xilasedicilərlə görüşüb.
Alınan məlumata görə, görüş zamanı Ararat Mirzoyan xilasedicilərlə qısa söhbət edib, onlara gördüyü çətin və məsuliyyətli işə görə təşəkkür edib.
Ermənistanın Adıyamanda fəaliyyət göstərən xilasetmə dəstəsinin rəhbəri, kapitan Vahe Gevorqyan jurnalistlə müsahibəsində erməni xilasedicilərin gördüyü işdən hamının razı olduğunu vurğulayıb.
“Hamı bizə yaxınlaşır, təşəkkür edir. Ermənistandan gəlməyimizə də təəccüblənirlər, bu halda təşəkkürlər ikiqat olur. Başqa dövlətlərin xilasediciləri ilə səmərəli işləyə bildiyimiz üçün demək olar ki, mükəmməl iş gördük”- deyərək Gevorgyan bildirib.
O, əlavə edib ki, onlar insan həyatını xilas edə biliblər, meyitlərin dağıntılar altından çıxarılması halları olub.
Kapitan Gevorqyan bildirib ki, Adıyamandan erməni sakinləri onlara yaxınlaşıb və təşəkkür etmişlər.







