
Fransa Xarici işlər nazirliyinin məlumatında deyilir ki, Fransa Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın zəlzələdən zərər çəkmiş əhaliyə göstərilən yardım çərçivəsində Türkiyəyə səfərini alqışlayır.
“Avropa və Xarici işlər naziri Ketrin Kolonnanın sentyabrda Türkiyəyə səfəri zamanı qeyd etdiyi kimi, Fransa Ermənistan və Türkiyənin münasibətlərinin normallaşdırılması istiqamətində səylərini təşviq edir” – deyə mesajda bildirilir.
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşübdür.
Xarici işlər naziri Mirzoyan Ermənistan komandasının axtarış-xilasetmə əməliyyatları apardığı Adıyaman şəhərinə də səfər edib.







