BaşlıcaMədəniyyət

“Miss World 2023” müsabiqəsi BƏƏ-də keçiriləcək (Fotolar)

BƏƏ-də “Miss World 2023” gözəllik müsabiqəsi keçiriləcək. Bu barədə “Miss World Limited” şirkətinin prezidenti Culiya Morli İnstaqram səhifəsində məlumat verib.

“71-ci “Miss World” festivalının Birləşmiş Ərəb Əmirliklərində keçiriləcəyini elan etməkdən məmnunam” – deyə o qeyd edib.

Onun sözlərinə görə, təşkilat hələ də tədbirin keçirilmə tarixi və konkret yeri ilə bağlı daha ətraflı məlumat verə bilmir.

Sonuncu dəfə müsabiqə 2021-ci ildə keçirilib və müsabiqənin qalibi Karolina Belyavskaya olub.

Daha çox göstər
Back to top button