
Azərbaycan prezidenti İlham Əliyev fevralın 17-19-da keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə konfransın təşkilatçıları məlumatlandırıb.
Xatırladaq ki, ER Baş naziri Nikol Paşinyan da konfransda iştirakını təsdiqləyib.
Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən keçirilir. Konfransda dövlət, hökumət başçıları, nazirlər, siyasətçilər və ictimai xadimlər iştirak edirlər.







