BaşlıcaBeynəlxalqSiyasət

AB bu həftə Ermənistana 100 nəfərlik missiya göndərəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşüb.

Həmsöhbətlər Ermənistan-Avropa Birliyi əməkdaşlığı ilə bağlı müxtəlif məsələləri müzakirə ediblər.

Nikol Paşinyan AB-nin Ermənistanda həyata keçirilən institusional islahatların əsas tərəfdaşı olduğunu vurğulayıb və bu istiqamətdə göstərilən köməyə görə təşəkkür edib.

Ursula Von der Leyen Ermənistanda aparılan demokratik islahatlar prosesini yüksək qiymətləndirib və AB-nin ölkəmizə dəstək proqramlarını davam etdirməyə hazır olduğunu bildirib.

Tərəflər Avropa Birliyinin Şərq Tərəfdaşlığının iqtisadi və investisiya planı çərçivəsində Ermənistanda həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparıblar. Cənubi Qafqaz regionunda mövcud vəziyyətə istinad  olunub.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen öz Twitter səhifəsində yazıb ki, Avropa Birliyi  Ermənistanın sadiq tərəfdaşıdır və AB-nin iqtisadi və investisiya proqramının potensialını inkişaf etdirməyə davam edəcək.

“Baş nazir Nikol Paşinyanla görüşməkdən şad oldum. AB Ermənistanın sadiq tərəfdaşıdır. Gələn həftə AB sülh və sabitliyə töhfə verəcək 100 nəfərlik missiya göndərəcək.

Biz demokratik islahatların həyata keçirilməsi istiqamətində əldə edilən irəliləyişi alqışlayırıq həm iqtisadi və həm də investisiya proqramımızın potensialını inkişaf etdirməyə davam edəcəyik” – deyə Ursula Von der Leyen Nikol Paşinyanla görüşdən sonra yazıb.

Daha çox göstər
Back to top button