
Artsax Respublikasının dövlət nazirinin müşaviri Artak Beqlaryan öz Telegram səhifəsində İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında səsləndirdiyi bəzi yalan iddialara toxunub
“Diktator İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında saxta iddialarla çıxış edib, cavabında qeyd edəcəyəm:
BMT-nin 1993-cü il dörd qətnaməsi hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırır, halbuki Azərbaycan onlara tabe olmamış və müharibəni davam etdirmişdir.
Həmin qətnamələr Ermənistanı deyil, Dağlıq Qarabağ qüvvələrini münaqişə tərəfi kimi tanıyır.
Sovet Azərbaycanı hökumətinin rəsmi sənədlərinə görə, bu dövrdə Artsaxın nəzarəti altında olan bütün ərazilərdə cəmi 17 məscid sayılıb, Əliyev isə 67-yə yaxın olduğunu iddia edir.
Biz heç bir məscidi qəsdən dağıtmamışıq, hətta Şuşi məscidini də bərpa etmişik, mövcud olanları da bacardığımız qədər qoruyub saxlamışıq.
Qalan yalan və faktları daha sonra ətraflı qeydlərlə təqdim edəcəm”.







