
Baş nazir Nikol Paşinyan bu gün Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin Mülki Əməliyyatlar Komandanı Stefano Tomat və onun Ermənistandakı yeni monitorinq missiyasının rəhbəri Markus Ritterin də daxil olduğu nümayəndə heyətini qəbul edib.
Baş nazir AB-nin uzunmüddətli mülki monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi qərarını alqışlayıb və bunun regional sabitliyə və sülhə töhfə verəcəyini vurğulayıb.
AB-nin mülki əməliyyatlar komandanı missiyaya göstərilən köməyə görə erməni tərəfinə minnətdarlığını bildirib və Ermənistanda görüləcək işlərə toxunub.
Görüşdə AB-nin mülki monitorinq missiyası və əməkdaşlıq gündəliyi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.







