
“Modex” konsaltinq şirkəti 2022-ci ildə Ermənistanın hava sərnişin daşımaları bazarının xülasəsini təqdim edib.
2022-ci ildə Ermənistandan və Ermənistana 266 istiqamət üzrə 35 154 müntəzəm və qeyri-rəsmi uçuş həyata keçirilib.
2022-ci ildə Ermənistandan ümumilikdə 3 milyon 697 min 258 sərnişin gəlib və gedib ki, bu da ötən illə müqayisədə 54% çoxdur.
Bununla yanaşı, Ermənistanın nəqliyyat vasitələri ilə həyata keçirilən hava sərnişindaşımaları 951 min təşkil edib ki, bu da ötən ilki göstəricidən 3,1 dəfə çoxdur.
2022-ci ildə hava daşımalarının əsas ölkələri Rusiya (ümumi hava daşımalarının 55,2%-i), Birləşmiş Ərəb Əmirlikləri (6,0%), Misir (4,5%), Avstriya (3,5%) və Fransa (3,1%) olub.







