ArtsaxBaşlıcaSiyasət

Qanun bizim tərəfimizdədir, bizim tələblərimiz ədalətlidir։ Ruben Vardanyan

Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan öz Facebook səhifəsində Ermənistan Respublikasının beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan Ermənistan Respublikası ilə Dağlıq Qarabağı birləşdirən dəhliz vasitəsilə bütün insanlar, nəqliyyat vasitələri və yüklərlərin sərbəst hərəkətini təmin etmək üçün bütün lazımi addımları atmalıdır.

“Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın təqdim etdiyi “Laçın dəhlizi”nin blokadansının açılması ilə bağlı müvəqqəti tədbirin tətbiqi ilə bağlı müraciətlə bağlı qərar qəbul edib.

Azərbaycan Ermənistan Respublikası ilə Dağlıq Qarabağı birləşdirən dəhlizlə bütün insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz və sərbəst hərəkətini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə borcludur.

İctimai çıxışlarımda da tez-tez qeyd etdiyim kimi, qanun bizim tərəfimizdədir və biz müxtəlif mexanizmlərin köməyi ilə nümayiş etdirə bilirik ki, bizim tələblərimiz ədalətlidir. Bu baxımdan beynəlxalq hüquqi sənədlər də çox mühümdür”,- deyə Vardanyan yazdı.

Daha çox göstər
Back to top button