BaşlıcaSiyasət

Azərbaycan öz vətəndaşlarını necə öldürüb?

“Bağramyan 26” Telegram kanalı yazır: “Aydındır ki, guya “Xocalı soyqırımı”nın propaqandası, həqiqətən də baş vermiş faciədən istifadə edərək, Bakı rejiminin hazırda Artsaxda apardığı etnik təmizləmədən dünyanın diqqətini yayındırmaq cəhdidir.

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun dinc insanların həyatı bahasına necə devrildiyini təfərrüatlı şəkildə təsvir etdiyi müsahibəsindən yazmayacağıq. Qətlə yetirilən jurnalist Çingiz Mustafayevin təhqiqatı barədə yazmayacağıq, istəyənlər internetdə tapacaqlar. Biz insanları həqiqətlə tanış etməyə çalışan, lakin təzyiqlərə məruz qalıb, təbliğatçı olmağa razılaşan jurnalistdən yazacağıq.

Belə bir jurnalist vardı – Eynulla Fətullayev. Bu adamı, yəqin ki, Çingiz Mustafayevlə müqayisə etmək olardı. Amma Çingiz öldürülübsə, deməli Eynulla yalnız həbs edilib və o, rejimin ruporlarından birinə çevrilməyə razılaşıb.

Fətullayev hələ təbliğatçı yox, jurnalist olduğu o günlərdə yazıb: “Xocalı faciəsi, Azərbaycan torpağında erməni ekspansionizminin canımıza vurduğu dərin yaradır, Askeranda keçirdiyim bütün görüşlərdə qırmızı sap kimi gedirdi.

Necə olub? Bu adamlarda insanlıq heç qalmayıbmı?

Amma ədalət üçün etiraf edim ki, mən bir neçə il əvvəl Nafatalanda Xocalı qaçqınları ilə görüşdüm və onlar mənə açıq şəkildə etiraf etdilər ki, Rusiya-Ermənistan qoşun kontingentinin Xocalıya genişmiqyaslı hücumu ərəfəsində şəhər halqa ilə əhatə olunmuşdu.

Hətta hücuma başlamazdan bir neçə gün əvvəl ermənilər planlaşdırılmış əməliyyat barədə səsgücləndiricilər vasitəsilə əhalini davamlı olaraq xəbərdar edirdi, mülki əhaliyə kəndi tərk etməyi və Qarqarçayı boyunca humanitar dəhliz vasitəsilə mühasirəni tərk etməyi təklif edirdilər. Xocalı sakinlərinin sözlərinə görə, onlar bu dəhlizdən istifadə ediblər və həqiqətən də dəhlizin arxasında yerləşən erməni hərbçilər onlara atəş açmayıb.

Nədənsə AXC batalyonlarının bəzi əsgərləri xocalılıların bir hissəsini o vaxt ermənilərin Askeran batalyonunun nəzarətində olan Naxicevanik kəndinə aparırdılar. Qalanlara isə Ağdam rayonunun yaxınlığında artilleriya atəşi açılmışdı. Askeranda olarkən Administrasiyası rəhbərinin müavini Slavik Aruşanyanı dinlədim və onun xatirələrini Azərbaycan tərəfindən atəşə tutulan xocalılıların sözləri ilə müqayisə etdim.

Aruşanyandan xahiş etdim ki, xocalıların çıxdığı dəhlizi göstərməyə kömək etsin. Coğrafi ərazi ilə tanış olduqdan sonra tam əminliklə deyə bilərəm ki, dəhlizin olmaması ilə bağlı fikirlər əsassızdır. Həqiqətən də dəhliz var idi, əks halda tamamilə mühasirəyə alınmış və xarici aləmdən təcrid olunmuş xocalılılar mühasirədən çıxa bilməzdilər. Lakin Qarqarçayın o tayındakı ərazini aşaraq qaçqınların sırası dağıldı və nədənsə xocalıların bir hissəsi Naxicevanikə doğru gedib. Görünür, AXC batalyonları xocalılıların azad edilməsinə yox, Mütəllibovun devrilməsi yolunda daha çox qan tökülməsinə can atıblar”.

Mütəllibovun özü 1992-ci il aprelin 2-də “Nezavisimaya qazeta”ya verdiyi müsahibədə deyirdi: “Hansısa qüvvə prezidenti gözdən salmaq üçün hərəkət edib”.

Azərbaycan Respublikasının keçmiş müdafiə naziri Rəhim Qazıyev də Xocalıda “Mütəllibov üçün tələ hazırlandığını” təsdiqləyir. Daha sonra (…) Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Vaqif Hüseynov Azərbaycan Xalq Cəbhəsindən olan bəzi siyasətçilərə istinad edərək dedi ki, “1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələrlə Xocalı hadisələri eyni adamların işidir”.

Heydər Əliyev özü də etiraf etdi ki, Xocalı hadisələrində Azərbaycanın “keçmiş rəhbərliyi” də günahkardır.

Müharibə zamanı mülki əhalinin öldürülməsi müharibə cinayətidir. Bəs müharibə zamanı hakimiyyətə çatmaq üçün öz vətəndaşlarını öldürməyin adı nədir? Azərbaycanlılar bu məsələ üzərində düşünməlidirlər”.

Daha çox göstər
Back to top button