
ER Parlamentinin sədri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlmiş üçüncü dövlətlərin səylərini alqışladıqlarına dair bəyanatlarına münasibət bildirib.
“Onlar həmişə deyirlər ki, başqaları məsələni hansısa yolla həll edə bilsələr, onlar yalnız lehinə olacaqlar. Amma sual ondan ibarətdir ki, bu məsələni ruslar özləri həll etməlidir.
Onlar bu məsələni həll etməli idilər. Onlar bizim ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin təminatçısı idilər. Rusiyanın 102-ci hərbi bazası burdadır və bütün bunlar, bizim müqavilələrimiz bu vəziyyətə yönəlibdi. Hardasız və niyə daha aktiv iştirak etmirsiz? Əgər bacarmırsınızsa, bunu yüksək səslə söyləməli və bəlkə də birlikdə oturub həll yollarını axtarmalısınız. Amma biz nə baş verdiyini görürük”, – deyə Alen Simonyan bildirib.







