BaşlıcaSiyasət

Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri:  “Bakı ilə danışıqlar prosesində Yerevanın  öz prinsipial mövqeləri var”

Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması və imzalanması ilə bağlı danışıqlar prosesində öz prinsipial mövqelərinə malikdir.

 Və onlar, ümumiyyətlə, Ermənistan Respublikasının suverenliyinin və müstəqilliyinin müdafiəsi çərçivəsində yerləşdirilib.

Bu haqda  martın 1-də jurnalistlərlə görüşündə Ermənistan parlamentinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Xarici Əlaqələr komitəsinin sədri Sarqis Xandanyan qeyd edib.

Ermənistan və Azərbaycan hələ də mövqelərində razılaşa bilmədiyi konkret məqamlar barədə suala Xandanyan cavab verib ki, bu barədə danışıqlar aparanların özləri danışmalıdırlar.

“Buna baxmayaraq, Ermənistan danışıqları davam etdirməyə hazırdır. Ümid edirik ki, tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamaq imkanımız olacaq an gələcək” – deyərək o bildirib.

Ermənistan nümayəndə heyətinin rəhbəri vurğulayıb: Ermənistan Azərbaycan qoşunlarının Ermənistanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edir.

Daha çox göstər
Back to top button