Fransanın Xİ naziri: “Azərbaycan BMT Beynəlxalq Məhkəməsinin qərarına hörmət etməlidir”

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinin qərarına hörmət etməlidir. Bu barədə fevralın 28-də parlamentdə hökumət saatında Fransanın Xarici işlər naziri Ketrin Kolonna bildirib.
Nazir BMT Beynəlxalq Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərara əsasən, Laçın dəhlizi ilə maneəsiz nəqliyyatın bərpasının zəruriliyini bir daha vurğulayıb.
“Qərar Azərbaycan üçün məcburidir və ona hörmət edilməlidir”- deyən nazir Fransanın iki ölkə arasında təhlükəsizlik məsələləri və təmaslarla məşğul olan AB missiyasında iştirak etdiyini xatırladıb.
Katrin Kolonna BQXK-nın humanitar problemlərin həllində fəallığını vurğulamışdır.
“Dəhlizin qarşısının bağlanması, Bakı ilə Yerevan arasında dialoq önəmli olaraq qalır. Biz AB və ABŞ tərəfdaşlarımızla birlikdə faydalı olmağa hazırıq.
“Azərbaycan beynəlxalq hüquqa hörmət etməli və Beynəlxalq Məhkəmənin tələb etdiyi kimi sərbəst hərəkəti bərpa etməlidir” – deyə nazir qeyd edib.
Daha sonra o, Twitter-də yazıb: “Laçın dəhlizinin qarşısının bağlanması əsas məsələdir. Heç bir gecikmə olmadan sərbəst gediş-gəliş bərpa edilməlidir. Bu, Azərbaycanın öhdəliyidir, hüquq qorunmalıdır”.







