
Türkiyədə prezident və parlament seçkilərinin vaxtı ilə bağlı dilemma aradan qaldırılıb. Türkiyə prezidenti Receb Tayyib Erdoğan parlamentdə bildirib ki, seçki günü, mayın 14-ü dəyişməz qalıb.
Fevralın 6-da baş verən dağıdıcı zəlzələdən sonra Türkiyə hakimiyyəti seçkilərin təxirə salınması imkanını nəzərdən keçirib.
Seçkiqabağı əhval-ruhiyyə ilə yanaşı, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Şimali Atlantika alyansı ilə də ciddi ziddiyyətdədir.
Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq Helsinkidə Finlandiya və İsveçin Ankaranın qoyduğu bütün ilkin şərtləri yerinə yetirdiyini və NATO-ya üzv ola biləcəyini açıqlayıb.
Bununla belə, Türkiyə sərt mövqedən çıxış etməyə davam edir və ilk növbədə İsveçin NATO-ya daxil olması ehtimalına qarşı çıxır.
Türkoloq Andranik İspiryan “Radiolur”a müsahibəsində Ankaranın bu məsələ ilə bağlı mövqeyinə istinad edərək bildirir ki, Türkiyə tərəfinin Stokholma əsas tələbi İsveçdə yaşayan otuzdan çox kürd fəalın və onların rəhbərlik etdiyi şəbəkə üzvlərinin ekstradisiyasıdır.
Türkiyəli ekspert xatırladır ki, İsveç Ali Məhkəməsi Türkiyənin təhdidinə məhəl qoymayaraq, ölkədə qaçqın statusu daşıyan Keneşin Türkiyəyə məxsus “Zaman” qəzetinin keçmiş redaktoru Bülənt Keneşin ekstradisiya prosesini əngəlləyib.
Andranik İspiryan qeyd edir ki, Türkiyə geosiyasi proseslərdə həmişə üstünlüklü mövqedədir.
Hazırda Rusiya-Qərb münaqişəsi kontekstində Ankara həm Qərb, həm də Rusiya üçün mühüm rol oynayır.







