
Təəssüflər olsun ki, Azərbaycan tərəfi danışıqlarda vicdanla iştirak etmək əvəzinə öz deskonstruktiv siyasətini davam etdirir,
Ermənistanın demokratiyasını təhdid edir, hökumətimizin Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması səylərinə zərbə vurur.
Bu haqda ER Baş naziri Nikol Paşinyan, martın 2-də Berlində Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında bildirib.
“2020-ci il noyabrın 9-da bəyanatın imzalanmasından sonra Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasına nail olmaq, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyini təmin etmək üçün səylərini əsirgəməyib.
Təəssüf ki, danışıqlarda vicdanla iştirak etmək əvəzinə , Azərbaycan tərəfi öz dezkonstruktiv siyasətini davam etdirir, Ermənistanın demokratiyasını təhdid edir, hökumətimizin Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması səylərinə zərbə vurur.
Bu gün ən aktual problem 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistan və xarici aləm ilə birləşdirən yeganə yolun olmasıdır.
Laçın dəhlizi bağlanıb, bunun nəticəsində 120 min sakin faktiki olaraq blokadaya alınıb.Azərbaycanın bu hərəkətləri 9 noyabr 2020-ci ildə üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır.
Azərbaycanın Dağlıq Qarabağ əhalisinin etnik təmizlənməsinə yönəlmiş genişmiqyaslı və sistemli siyasətidir”.
Paşinyanın sözlərinə görə, vəziyyəti beynəlxalq ictimaiyyətə daha əhatəli şəkildə təqdim etmək üçün Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsi çox vacibdir.
“Vurğulamalıyam ki, fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı hüquqi qüvvəyə malik qərar qəbul edib və bu qərarla Azərbaycanı insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə fasiləsiz hərəkətini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə məcbur edib.
Biz beynəlxalq tərəfdaşlarımıza məhkəmə qərarının Azərbaycan tərəfindən dərhal icrasını təmin etmək üçün fəal addımlar atmağa çağırırıq.
Biz Almaniyanın aydın demokratiya, insan hüquqlarının müdafiəsi və ümumbəşəri dəyərlərin qorunub saxlanması mövqeyinə önəm veririk ki, bu da Cənubi Qafqazda Ermənistanın sabitlik və sülh yolunda Ermənistanın səylərini dəstəkləyəcək”- deyə o, bildirib.







