BaşlıcaSiyasət

Mirzoyan: “Bakının Ermənistanın ərəb aləmi ölkələri ilə əməkdaşlığının ənənəvi əsaslarını pozmaq cəhdləri qəbuledilməzdir”

Azərbaycanın Ermənistanın ərəb aləmi ölkələri ilə əməkdaşlığının ənənəvi əsaslarını pozmaq cəhdləri qəbuledilməzdir.

Bu haqda işgüzar səfərdə olan ER Xarici işlər naziri Ararat Mirzoyan martın 7-də Qahirədə Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qayt ilə görüşü zamanı bildirib.

XİN-dən verilən məlumata görə, həmsöhbətlər erməni və ərəb xalqları arasında münasibətlərin qədim dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıblar və bu kontekstdə ərəb ölkələrindəki erməni icmalarının rolunu da qeyd ediblər.

Ərəb dünyası ölkələrində ermənilərin mövcudluğunun xristian və müsəlman xalqlarının birgəyaşayışının ən gözəl nümunəsi olduğu hər iki tərəfdən məmnunluqla qeyd olunub.

 Bununla bağlı nazir Mirzoyan Azərbaycanın müxtəlif platformalarda dini amillə süni manipulyasiya etmək, ER-nin ərəb dünyası ölkələri ilə qarşılıqlı əlaqələrinin ənənəvi əsaslarını pozmaq kimi əsassız cəhdlərini qəbuledilməz hesab edib.

Ərəb Dövlətləri Liqası platformasında və üzv dövlətlərlə dövri təmaslar və siyasi dialoqlar vurğulanıb.

Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələlər müzakirə olunub.

ER Xarici işlər naziri həmsöhbətinə Azərbaycanın Dağlıq Qarabağa və Ermənistana təcavüzü nəticəsində regionda yaranmış vəziyyəti, o cümlədən 2022-ci ilə qədər dekabr ayından Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda baş verən humanitar böhranın təfərrüatlarını təqdim edib.

Daha çox göstər
Back to top button