
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin 3 aya yaxındır normal gediş-gəliş üçün bağlı olan Laçın dəhlizinin başlanğıcında olub. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Syunik bölgəsinin qubernatoru Robert Qukasyan səfir Kvinə Laçın dəhlizinin blokadasının nəticələrini və bunun yüzlərlə parçalanmış ailəyə təsirini təqdim edib. Qubernator Qukasyan blokada nəticəsində zərərçəkənlərə dövlətin göstərdiyi dəstəyə də toxunub. Səfir Kvin Dövlət Katibi Blinkenin Laçın dəhlizinin dərhal yenidən açılmasına çağırışını təkrarlayıb”, – deyə səfirliyin yaydığı məlumatda deyilir.







