BaşlıcaSiyasət

Beynəlmiləlçi:  “İrana qarşı İsrailin “macərası” bumeranq effektini verə bilər”

Azərbaycanın Artsaxa qarşı başlatdığı 44 günlük müharibədə İsrailin iştirakının öz qiyməti var və bu gün Bakı Qərbə və İsrailə kompensasiya ödəməlidirə

Bu barədə  beynəlxalq ekspert Qriqor Balasanyan mümkün İran-İsrail münaqişəsinə toxunaraq deyir.

“Radiolur”un həmsöhbətinin fikrincə , İsrail Azərbaycanın razılığı ilə işğal olunmuş Artsax ərazilərindən İrana qarşı platforma kimi istifadə edir və xatırladır ki, Varanda və Araksyanı ərazilərdə silah və sursatla təmin olunmaq imkanı olan hava limanları, sonra isə “ağıllı kəndlər” agentlik şəbəkələri tikilib.

“Aydındır ki, qeyd olunan infrastrukturlar İrana qarşı gələcək müharibə zamanı istifadə olunmaq üçün yaradılıb. Əgər İsrail İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Azərbaycan Ermənistan və Artsaxa qarşı yeni azğınlaşmış müharibəyə başlamaqla öz rolunu oynayacaq.

Eyni zamanda, İran İsrailin hücumlarını dəf etməklə məşğul olacaq, ona görə də Ermənistanı Azərbaycanın təcavüzündən qorumaqla ona dəstək ola bilməyəcək.

İsrail tərəfi bu günlərdə Azərbaycan ərazisinə daşınan sursatları “dostluq”la bölüşməyə hazırdır və Azərbaycanın İsrail döyüş təyyarələri iki erməni dövlətinə qarşı əməliyyatlarda istifadəsinə qarşı deyil.

Bu, İran və Ermənistana qarşı Azərbaycan-İsrail ittifaqı olacaq” – deyə beynəlxalq ekspert qeyd edir.

Qriqor Balasanyanın sözlərinə görə, odur ki,erməni tərəfi təcili olaraq İranla hərbi-siyasi ittifaqın yaradılması və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etməlidir.

“Qərb Çini də hədəfə alan Rusiyaya qarşı əməliyyatlar çərçivəsində İranda ikinci cəbhə yaratmağa çalışır. Lakin Amerikanın bu “macərası”  “bumeranq effektini” verə bilər.

İran bu gün iki il əvvəlkindən qat-qat güclüdür. İsrail və ABŞ isə iki il əvvəlkindən daha zəifdir.ABŞ-ın ixtiyarında olan bütün arsenal Rusiya-Ukrayna cəbhəsində tükənməkdədir” – deyə Qriqor Balasanyan belə hesab edir.

O, vurğulayır ki, Ermənistan tərəfi hər an qəfil hərəkətlərlə itirilmiş əraziləri geri qaytarmağa hazır olmalıdır, çünki mümkün müharibə olacağı təqdirdə İran da Azərbaycan mövqelərinə hücum edəcək, Azərbaycanla Rusiya arasında da münasibətlər gərginləşəcəkdir.

Daha çox göstər
Back to top button