BaşlıcaSiyasət

Hikmət Hacıyevin “həqiqəti” – Azərbaycan Prezidentinin köməkçisi öz repertuarındadır

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan mətbuatına geniş müsahibə verib və hər zaman olduğu kimi bu dəfə də Ermənistana qarşı saxta ittihamlar, Bakı agitpropunun qondarma bəyanatları ilə çıxış edib. O həmçnin Əliyev rejiminin Ermənistana qarşı ərazi iddialarını birbaşa bəyan edib.

Hacıyev: “Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün suverenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək“.

  • Əslində isə, insan hüquqları və təhlükəsizlik məsələsi dünyanın heç bir ölkəsinin daxili işi ola bilməz. Stepanakertlə müzakirə etmək lazımdır, amma beynəlxalq formatda.

Hacıyev:Qarabağ münaqişəsi həll olunub. Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun həll olunacaq“.

  • Əslində isə, Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll olunmayıb və Dağlıq Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmədən həll edilə bilməz. Münaqişənin hərbi yolla “həll edilməsi” rəsmi Bakının açıq mətnlə bəyan etdiyi soyqırım və etnik təmizləmə deməkdir. Azərbaycan Konstitusiyasına gəlincə isə, bu ölkə öz sakinlərinin siyasi hüquq və vətəndaş azadlıqlarına görə onsuz da Liviya və Sudandan geri qalır və tezliklə Somalidən də geri qalacaqdır.

Hacıyev: “Ermənistan ordusunun qalıqları hələ də Azərbaycan ərazilərindən tam olaraq çıxarılmayıb. Bizdə olan məlumatlara əsasən, Qarabağ bölgəsində təxminən 10 minlik şəxsi heyət qalmaqdadır“.

  • Əslində isə, bu tamamilə yalandır, Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələridən bir hərbi qulluqçu belə yoxdur.

Hacıyev: Laçın yolundan hərbi məqsədlər, o cümlədən silah-sursatın, minaların daşınması, şəxsi heyətin rotasiyası üçün istifadə olunurdu. Ermənistan 10 noyabr bəyanatına zidd olaraq, Zangezur dəhlizi ilə bağlı öhdəliklərini də yerinə yetirmir.

  • Əslində isə, bu tamamilə yalandır hansı ki, Beynəlxalq Məhkəmənin qərarı ilə də qeydə alınıb. Baxmayaraq ki, heç bir sənəddə Laçın dəhlizindən istifadəyə dair heç bir məhdudiyyət yoxdur. 09/11/20 bəyanatda “Zangezur dəhlizi” barədə söz belə yoxdur.

Hacıyev:Ermənistan ərazi iddialarından əl çəkməlidir… Qarabağ və Şərqi Zangezurun işğaldan azad edilməsi Qərbi Azərbaycandan olan soydaşlarımızı da ruhlandırdı. Onların qayıdış arzusu daha da gücləndi. Amma qayıdış beynəlxalq təhlükəsizlik təminatı altında olmalıdır“.

  • Əslində, bu görünməmiş həyasızlıq və ikiüzlülükdür: Ermənistanı ərazi iddialarında ittiham edən Azərbaycan prezidentinin köməkçisi Ermənistanı Qərbi Azərbaycan adlandırır. Rəsmi Bakı Ermənistan Respublikasına qarşı ərazi iddialarını artıq açıq mətnlə bəyan edir. Eyni zamanda, Hacıyev “Qərbi Azərbaycan”dan öz soydaşlarına beynəlxalq təminat tələb edir, lakin eyni şeyi DQ ermənilər üçün uyğun görmür. Qeyd edək ki, Azərbaycandan HƏR ŞEYİ itirmiş erməni qaçqınlarından fərqli olaraq, Ermənistandan heç bir azərbaycanlı qaçqın yox idi, gedən azərbaycanlılar var idi və onlar bütün daşınar və daşınmaz əmlaklarını kifayət qədər uğurla satdılar və ya dəyişdirdilər.

Hacıyev:5 martda Ermənistanın törətdiyi təxribat Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmaq üçündü”.

  • Əslində, əgər siz də başa düşmədinizsə, yenidən oxuyun. Hikmət Hacıyev azərbaycanlı diversantların Artsax polislərinə qarşı törətdiyi terror aktını Ermənistanın törətdiyi təxribat adlandırır. Azərbaycan agitpropundan başqa hamı üçün bu Absurddur.

Hacıyev: Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar yüklər rahat şəkildə yoldan keçir”.

  • Əslində isə, Laçın dəhlizi blokadadadır və bu, hətta BMT-nin əsas məhkəmə orqanının qərarında da öz əksini tapıb, indi də Azərbaycan təbliğatçıları blokadanın olmamasının sübutu kimi blokadanın mövcudluğunu sübut etməyə çalışırlar.

Hacıyev:Erməni sakinlərin Azərbaycana reinteqrasiyası yeganə çıxış yoludur”.

  • Əslində isə, reinteqrasiya yalnız əvvəllər mövcud olan və pozulmuş inteqrasiya halında mümkündür. Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycana inteqrasiya olunmayıb, mövcud olmayan SSRİ-yə inteqrasiya olunubdu!
Daha çox göstər
Back to top button