
Yaradılmış vəziyyətdə, Azərbaycan beynəlxalq məhkəmənin qərarına baxmayaraq, Dağlıq Qarabağın blokadasını davam etdirdiyi halda, Aİ Azərbaycana təzyiqləri gücləndirməlidir.
Bu barədə NATO-nun keçmiş rəhbəri, “Rasmussen Global” beynəlxalq siyasi məsləhətçi təşkilatının təsisçi prezidenti Anders Foq Rasmusen jurnalistlərlə söhbətində bildirib.
“Aİ Azərbaycanla enerji sahəsində razılığa gəlib və məhz bu da məsələnin müzakirəsi üçün kritik platforma kimi istifadə oluna bilər. Ola bilər ki, prezident İlham Əliyev də Putin qədər avtokratdır, amma mən düşünmürəm ki, prezident Əliyev prezident Putinin düşdüyü vəziyyətə düşmək və beynəlxalq təcavüzkara çevrilmək istəyir. Buna görə də mən bir daha Əliyevi Dağlıq Qarabağın blokadasını dayandırmağa çağırıram”, – deyə o bildirib.







