BaşlıcaSiyasət

Artsaxın DİN: “Azərbaycan saxtakarlıq edir. Ermənistandan Artsaxa nə hərbi xidmətçilər  nə də və silahlar aparılmayıb”(Fotolar)

Martın 13-də Azərbaycan mediası Ermənistandan Rusiya sülhməramlılarının müşayiəti ilə Artsaxa əsgər və silahların daşınması ilə bağlı növbəti dezinformasiya yayaraq kiçik maşın karvanının videosunu yayıb.

Əslində Azərbaycan tərəfinin yaydığı videoda hərbi maşınlar yox, dövlət fövqəladə hallar xidmətinə məxsus maşınlar var.

Xilasedicilər blokada nəticəsində Artsaxda qalan ER vətəndaşlığına malik mülki şəxsləri Rusiya sülhməramlılarının müşayiəti ilə Şuşidən yan keçərək Ermənistan Respublikasına gedən dağ yolu ilə müşayiət ediblər.

Həmin yolun dağlıq və son dərəcə çətin olduğunu nəzərə alaraq, Artsaxın xilasediciləri vətəndaşların “UAZ” markalı avtomobillərlə daşınmasını təşkil etməli olublar.

Rusiya sülhməramlıları isə xüsusilə martın 5-də törədilən təxribat hücumundan sonra əlavə təhlükələr qarşısında mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün öz vəzifələrini yerinə yetiriblər.

Mətn radar.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button