BaşlıcaSiyasət

“Ermənistan, Rusiya və Azərbaycan Xarici işlər nazirlərinin görüşündə   Yerevan  iştirak etməyə hazırdır”

Yerevan Ermənistan, Rusiya və Azərbaycan Xarici işlər nazirlərinin görüşündə iştirak etməyə hazırdır. Baş nazir Nikol Paşinyan martın 14-də mətbuat konfransı zamanı bəyan edib ki, yaxın vaxtlarda Xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfər edəcək və orada bu məsələ də müzakirə olunacaq.

Bu günlərdə Rusiya Federasiyasının Prezidenti ilə də bu barədə danışdım” – deyə  Paşinyan bildirib.

Xatırladaq ki, ötən ilin dekabrında Xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizinin bağlanması ilə bağlı yaranmış vəziyyəti əsas gətirərək rusiyalı və azərbaycanlı həmkarları ilə əvvəlcədən razılaşdırılmış görüşdə iştirak etmək üçün Moskvaya getməkdən imtina etmişdi.

Baş tutmayan görüşü şərh edən Nikol Paşinyan bu gün bildirib ki, Yerevanın qərarı kəskin böhran vəziyyəti ilə bağlıdır və görüşü boykot etmək məqsədi yoxdur.

“Belə vəziyyətdə nazirin Yerevanda olması vacib idi. Biz demişik ki, həmin  görüş ləğv olunmayıb”- deyərək Paşinyan qeyd edib.

“İtarTas” agentliyinin  Yerevanla Moskva arasında münasibətlərdə böhranın olub-olmaması ilə bağlı digər sualını cavablandıran Baş nazir deyib:

“Rusiya ilə münasibətlərimiz olduqca səmimidir, böhran görmürəm, çünki biz danışırıq, müzakirə edirik və problemlərin olduğunu, bəzi problemlərin obyektiv xarakter daşıdığını qeyd edirik”.

Daha çox göstər
Back to top button