Azərbaycanda Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı saxta hesabat təqdim olunub

Azərbaycanda antierməni təbliğatı çərçivəsində “Ermənistanda insan haqlarının kütləvi şəkildə pozulması haqqında” saxta hesabat hazırlayıblar.
Hesabat Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu tərəfindən hazırlanıb.
APA-nın yaydığı məlumata görə, hesabatda “2020-2022-ci illər ərzində Ermənistanda insan hüquq və azadlıqlarının pozulması halları, mülki əhaliyə qarşı qəddar münasibət, nümayişlər zamanı saxlanılan şəxslər, jurnalistlərə qarşı cinayət işləri haqqında və s. geniş məruzə olunub”.
Hesabatda qeyd olunub ki, “insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı hər zaman ikili standartlar tətbiq edildiyi halda, Ermənistanın erməni xalqına qarşı son 2 il ərzində anti-demokratik, qeyri-insani münasibətləri isə görməzlikdən gəlinir”.
Xatırladaq ki, Azərbaycan demokratiya və insan haqlarının müdafiəsi baxımından Avropa təşkilatlarının daimi hədəfindədir. Bakıda belə absurd “hesabat”la “oxların istiqamətini dəyişməyə” çalışırlar.







