BaşlıcaSiyasət

Paşinyan: “Mənim  inamımca bizim ordumuzda   5-ci kolon fəaliyyət göstərdiyi üçün müharibəni uduzduq”

Müxalifət xadimlərinə 44 günlük müharibədə qalib gəlmək şansının olması ilə bağlı razılığımı bildirdim. Bu haqda  Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı ərzində  deyib.

“Mənim qənaətimcə,biz müharibədə  məğlubiyyətə uğradıq ona görə ki,  ordumuzda 5-ci kolon fəaliyyət göstərirdi.

Mənim fikrimcə qarşıdakı vaxtlarda həmin faktlar o dərəcədə aşıq olacaq ki,  mənim hazırda etdiyim  bəyanat o qədər qəribə   görünməyəəcək nə qədər ki, indi hiss edilir.

Silahlı qüvvələrin 50-I keçmiş hərbiçilər,o cümlədən  yüksək rütbəli zabitlər,casusluqda və dövlətə xəyanətdə ittiham olunur.

Mən bilmirəm Ermənistanda elə bir nəfər varmı  ki, düşünür onların başına işlər düzəldilib.Bu gün yüksək rütbəli hərbiçilərimiz müxtəlif maddələrlə həbsdədir.

Bu gün bizdə tam rütbəli zabitlər torpaq təhvil vermə ittihamı ilə həbs olunur. Şuşi işi üzrə təqsirləndirilən yüksək rütbəli hərbçi var. Həmin işlə haçan ki, məhkəmə həbsetmə hökmünü verdi, mənim üçün olduqca təəccüblübir olay baş verdivə bir də Ermənistandan  müxtəlif adamlar,Dağlıq Qarabağdan  hüquq-məhkəmə sisteminə 

vəsatətlər verdilər ki, biz həmin şəxsi və ya şəxsləri həbsdən azad edək, onlara yumşaq davranaq.

Buna mənim reaksiyam belə oldu: siz demirdinizmi ki, gərəkaraşdırılsın, aydınlaşdırılsın kim nə edib, döyüş meydanında nələr baş verib.

 Şuşi necə düşüb, Şuşini kim verib, Şuşi niyə düşüb? Niyə hamınız qılınc yelləyənsiniz, indi  də işin  bağlanmasınımı, insanların azad olmasınımı istəyirsiniz?

Niyə, ona görə ki, satqın Baş nazir Şuşini təhvil verdi, bunu,onu təhvil  verdimi deyəsiniz?

Və bütün bunların dərinliyi və planının bundan ibarət olduğu ortaya çıxa bilərmi? Üstəlik, bu, siyasi hakimiyyətə  qarşı mümkün proses idisə, bu, hələ heç nə, amma bu Ermənistanın dövlətçiliyinə qarşıdır”- deyə o, qeyd edib.- deyə o bildirib.

“Biz bu gün həbsdə həmin mövzuda yüksək  rütbəli bir general var. O, nəyə görə həbs olunub?

Bildiyim qədər ona görə həbs olunub ki, öz xidməti öhdəliyini ER ərazi bütövlüyünü   qorumaq üçün  qəstlə yerinə yetirməyib.

Niyə yetirməyib,bunu izahı yoxdur.Mən özümçün bilirəm niyə yerinə  yetirməyib,mənim  sübutum  yoxdur.Bilmirəm  olacaq yay ox, amma ki, faktlar öz-özlüyündə bunlar barədə ucadan danışır”- deyərək Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button