BaşlıcaTəhlil

Türk analitik: “Səhhətinə görə Erdoğan prezidentliyə namizədliyini geri götürəcək”

Türkiyəli jurnalist, analitik və aparıcı Can Ataklı Türkiyədə keçiriləcək milli seçkilərlə bağlı məqalə dərc edib.

Yazıda seçkilərə iki ay qaldığını bildirən Ataklı Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Erdoğana istinad edib. O, Türkiyədə son sorğuların nəticələrinə toxunaraq, Erdoğanın namizədliyini şübhə altına alıb.

Məqalədə, xüsusən də Erdoğanla bağlı hissədə aşağıdakı qeyd var.

“Mənə çatan məlumata görə, Erdoğan ən etibar etdiyi adamları ilə sorğular keçirib, nəticələri ictimai rəy sorğularının nəticələrindən çox da fərqlənmir.

 Bütün sorğuların nəticələrində ümumiliklər aşağıdakı ifadələrdən ibarətdir: qalib gələ bilməyəcək”.

 “Erdoğan son anda prezidentliyə namizədliyindən imtina edəcək və deputatlığa qərar verə bilər”, “Səhhətinin vəziyyətini nəzərə alaraq, namizədliyindən imtina edəcək, hətta bəlkə də siyasətdən gedəcəkdir”.

Türk jurnalist məqaləsində Edroqanın qələbəsini göstərən heç bir şeyin heç bir yerdə müzakirə olunmadığına əminliyini ifadə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də ümummilli seçkilər keçiriləcək, onun prosedur cədvəli artıq martın 14-də Türkiyənin rəsmi qəzetində dərc olunub.

Daha çox göstər
Back to top button