Başlıcaİctimaiyyət

Azərbaycanda su problemi kəskinləşir – 2050-ci ilədək Azərbaycan su resurslarının daha 23 faizini itirə bilər

Azərbaycanda su probleməi yenidən aktullaşıb. Kür çayının Salyan və Neftçala rayonlarından keçən hissəsi son bir neçə gündə quruyub.

Azərbaycanda ekspertlər qeyd edirlər ki, iqlim dəyişikliklərdən başqa su qıtlığının günahkarı oliqarxların aqroparklarıdır. Azərbaycan Prezidentinin ailəsinə və Kənd təsərrüfatı naziri İnam Kərimova məxsus aqroparkları da su ehtiyatlarını mənimsəyir.

Azərbaycanda suyun səviyyəsinin azalması minlərlə sakini çıxılmaz vəziyyətdə qoyub. Kəndlərdə içməli su problemi yaranıb. Son günlərdə Bu problemə görə kənd sakinləri öz narazılıqlarını bildirərək Bakıdan gələn magistral avtomobil yolunu bağladılar. Sakinlər qeyd ediblər ki, “Heç içməyə belə su yoxdur, kanallar boşdur. Dəfələrlə şikayət olub, lakin heç bir xeyri yoxdur. Dövlət orqanları kəndlərə su verilməsi üçün heç bir tədbir görmür, həttə suyu camaata pulla satırlar.

Su problemi ilə bağlı etiraz aksiyaya, təbii ki, polis müdaxilə etdi, etiraz aksiya iştirakçılarına fiziki güc tədbiq edilib, xəsarət alanların arasında 15 yaşlı uşaq da var. Keçirilən etiraz aksiyasının üç iştirakçısı həbs edildi.

Diqqətə layiqdir ki, Azərbaycan hər fürsətdən istfadə edərək bgeynəxlalq platformalarda Laçin dəhlizinin bağlanamasına sözdə ekoloji bəhanələrlə haqq qazandırmağa çalışır, lakin eyni zamanda öz ölkəsində həyati əhəmiyyət kəsb edən problemələrə göz yummur, buna qarşı çıxanlara isə hər zaman olduğu kimi təzyiqlər göstərir və həbs edir.

Qeyd edək ki, 2040-cı ildə ciddi quraqlıqla üzləşmək ehtimalı olan ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb. BMT İnkişaf Proqramının proqnozuna görə, kəsərli addımlar atılmasa, Azərbaycan 2050-ci ilədək su resurslarının daha 23 faizini itirə bilər. ( Video görüntülərin mənbəyi Azərbaycan KİV-ləri)

Daha çox göstər
Back to top button