Başlıcaİctimaiyyət

Erməni aşpaz Karen Torosyan ikinci “Michelin” ulduzuna layiq görülüb

Brüsseldəki “Bozar” restoranının erməni aşpazı Karen Torosyan ikinci “Michelin” ulduzuna layiq görülüb.

Karen Torosyan uzun illərdir ki, “Bozar” restoranının aparıcı aşpazıdır. Ciddi və tələbkar aşbaz klassik reseptləri yeni şəkildə şərh edir, onlara şəxsi yanaşma və hisslərini verir.

Torosyan Bergendəki Kral Teatrında mükafatı alarkən “Bizim dünyanın ən gözəl peşəsi var” deyib.

O, həmçinin əlavə edib ki, 25 il əvvəl Belçikaya gələndə heç nəyi yox idi və hətta fransız dilini belə bilmirdi.

“İndi isə mən burada dayanmışam. Restoranlar dünyasına aşiq olduğum Jan-Pier Brunoya və mənə həqiqətən inanan ilk insan David Martinə təşəkkür etmək istəyirəm. Bəxtim gətirdi ki, beş il əvvəl o, mənə restoranın idarəçiliyini ələ keçirmək imkanı verdi və mənə inandı. Restoran dünyası çılğın yerdir, lakin dünyanın ən yaxşı işidir. Nə demək istədiyimi ancaq onun içində olanlar anlayacaq.”

Daha çox göstər
Back to top button