
Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Bu barədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan məlumatlandırıb.
Martın 14-də keçirilən mətbuat konfransında Baş nazir Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda ER XİN rəhbəri Moskvaya səfər edəcək və orada RF Xarici işlər naziri ilə görüşəcək.
Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə bildirib ki, Ermənistan Xarici işlər nazirinin Moskvaya səfəri hazırlanır.







