BaşlıcaSiyasət

Sergey Lavrov Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanmasını prioritet hesab edir

RF XİN başçısı Sergey Lavrov regional təhlükəsizlik məsələsini, Laçın dəhlizi və ümumiyyətlə, Dağlıq Qarabağdakı ətrafında vəziyyətin nizamlanmasını prioritet hesab edib.

Bu barədə Lavrov Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüş zamanı bildirib.

Lavrov Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın iqtisadiyyat, hərbi siyasət və beynəlxalq hüquq sahələrində vəziyyətin sabitliyini təmin etmək üçün bütün qərarların həyata keçirilməsində əsas rol oynadığına əminliyini ifadə edib.

“Üçtərəfli bəyanatda qeyd olunduğu kimi, nəqliyyat kommunikasiyalarının blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sülh sazişinin parametrləri üzrə razılaşmanı dəstəkləməyə hazırıq”, – deyə Rusiya XİN rəhbəri bildirib.

Daha çox göstər
Back to top button