BaşlıcaSiyasət

Alen Simonyan gələn həftə işgüzar səfərlə Almaniyaya  gedəcək

ER parlamentinin  spikeri Alen Simonyan ADR Bundestaqının Almaniya-Cənubi Qafqaz Dostluq Qrupunun vitse-prezidenti Tabea Rösnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ER parlamentindən  əldə edilən  məlumata görə, Alen Simonyan gələn həftə Almaniyada işgüzar səfərdə olacağını bildirib. O, Almaniyanın AB ölkələri arasında Ermənistanın ən böyük ticarət və iqtisadi tərəfdaşı olduğunu qeyd edərək, Almaniyanın Ermənistanın demokratik gündəliyinə yardım etdiyini vurğulayıb.

AB-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası və Almaniyanın bu məsələdə dəstəyi də vurğulanıb.

Görüşdə regionun və Ermənistanın üzləşdiyi təhlükəsizlik problemləri geniş müzakirə olunub. Alman tərəfdaşlar qeyd ediblər ki, dünyada təhlükəsizlik arxitekturası hər gün dəyişir və bu, yeni tənzimləmələrə gətirib çıxarır.

2020-ci ilin 44 günlük müharibəsinin yaratdığı humanitar problemlər, Laçın böhranının nəticələri müzakirə edilib.

“2023-cü il fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı hüquqi qüvvəyə malik qərar qəbul edərək, onu Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə məcbur edib” – deyə Alen Simonyan qeyd edib.

Xatırladaq ki, Məhkəmənin qərarından sonra martın 5-də azərbaycanlı təxribatçı qrup tərəfindən Dağlıq Qarabağ polisinin əməkdaşlarına hücum olub və nəticədə 3 Dağlıq Qarabağ vətəndaşı həlak olub.

O vurğulayıb ki, biz Almaniyalı tərəfdaşlardan Azərbaycanın Məhkəmənin qərarını dərhal yerinə yetirməsini təmin etmək üçün fəal addımlar atacaqlarını gözləyirik.

ER parlamentinin spikeri AB-nin yeni uzunmüddətli monitorinq missiyasının Ermənistanda yerləşdirilməsi qərarını dəstəklədiyinə görə Almaniya hökumətinə təşəkkür edib və onun regionda sülh və təhlükəsizliyin bərqərar olunmasında mühüm rol oynayacağına inandığını bildirib.

Daha çox göstər
Back to top button