BaşlıcaSiyasət

Azərbaycanda ciddi insan haqları pozuntuları var: Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Azərbaycanda qeyri-qanuni və ya özbaşına qətllər, işgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan hərəkətlər və bununla bağlı sui-istifadə hallarını, habelə ölkədəki həbsxanalarda ağır şərait faktları qeyd edir. Turan agentliyi yazır ki,, bu barədə Dövlət Departamentinin insan haqları üzrə illik hesabatında deyilir.

Dövlət Departamentinin 2022-ci il İnsan Hüquqları Hesabatı əsassız həbslər, siyasi məhbuslar, ölkədən kənarda siyasi motivli repressiyalar, müstəqil məhkəmə sisteminin olmaması, şəxsi həyatın toxunulmazlığına qanunsuz müdaxilə, söz və media azadlığına ciddi məhdudiyyətlər və digər insan hüquqları pozuntularını aşkar edir.

Hesabatda həmçinin jurnalistlərə qarşı zorakılıq, jurnalistlərin böhtan və şübhəli ittihamlarla təqib və həbs edilməsi, internet azadlığının məhdudlaşdırılması, o cümlədən vebsaytların bloklanması, dinc toplaşmanın de-fakto qadağası, birləşmək və hərəkət azadlığına əhəmiyyətli müdaxilə də qeyd olunur toxunulur.

Hesabatda hökümətin sistemli korrupsiyasına və gender zorakılığa görə tədbir olmamasına da istinad edilir.

Hökumət “insan hüquqlarının pozulmasına və korrupsiya əməllərinə yol verdiyi bildirilən əksər məmurları təqib etmir və cəzalandırmır; cəzasızlıq problem olaraq qalır”, – hesabatda deyilir.

İl ərzində Ermənistanla Azərbaycan arasında insan tələfatı və həbslərlə nəticələnən zorakılıq hadisələri baş verib. “2020 və 2022-ci illərdə hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri və ya ayrı-ayrı şəxslər tərəfindən törədilən sui-istifadə halları ilə bağlı hökumətin araşdırmasında irəliləyişlə bağlı heç bir məlumat yoxdur”, – deyə hesabatda bildirilir.

Daha çox göstər
Back to top button