
Ermənistan Respublikasının Иaş naziri Nikol Paşinyan ilə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Ermənistan hökumətindən verilən məlumata görə, həmsöhbətlər Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində yaranmış humanitar böhranla bağlı məsələləri müzakirə ediblər.
Nikol Paşinyan və Entoni Blinken Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və regionda kommunikasiya kanallarının açılması perspektivləri barədə fikir mübadiləsi aparıblar.
ABŞ dövlət katibi Laçın dəhlizinin dərhal yenidən açılmasına çağırışını təkrarlayıb və ABŞ-ın yuxarıda qeyd olunan proseslərə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Baş nazir Paşinyan telefon danışığı zamanı Azərbaycanın son vaxtlar artan aqressiv ritorikasından narahat olduğunu bildirib.







