
“Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünün tarixi müzakirə olunacaq”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla ikitərəfli görüşdə deyib. O həmçinin qeyd edib ki, “Mirzoyan Nikol Paşinyanın Ermənistanın belə görüşə hazır olması barədə bəyanatını bir daha təsdiqləyib”.
“Yaxın zamanda biz hər üç nazir üçün uyğun tarixləri seçəcəyik”, – Lavrov bildirib.







