Başlıca

BMT-nin klimatoloqları “bəşəriyyətin həyat qabiliyyətinə dair göstəriş” dərc ediblər

Son illərdə artan istixana qazı emissiyaları səbəbindən qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq daha da çətinləşib. Bu barədə BMT-nin hökumətlərarası ekspertlər qrupunun hesabatında qeyd olunub.

Hesabatda qeyd olunur ki, qalıq yanacaqların yandırılması, eləcə də enerjidən qeyri-bərabər və qeyri-dayanıq istifadə edilməsi qlobal istiləşmənin 1,1 dərəcə artmasına səbəb olub. Bu, dünyanın bütün regionlarında təbiət və insanlar üçün daha təhlükəli nəticələrə səbəb olan hava şəraitinə gətirib çıxarır.

BMT-nin baş katibi Antonio Guterres hesabatı “bəşəriyyətin yaşaya bilməsi üçün götəriş” adlandırıb. İqlimşünaslar qeyd ediblər ki, istixana qazlarının tullantılarını azaltmaq və planeti antropogen iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün mümkün qədər tez tədbirlər görmək lazımdır.

“Hesabatımız daha iddialı tədbirlərin görülməsinin vacibliyini vurğulayır və aydın şəkildə göstərir ki, indi hərəkətə keçsək, hələ də planetdəki hər kəs üçün davamlı gələcəyi təmin edə bilərik”,- deyə BMT-nin Hökumətlərarası Ekspertlər Qrupunun prezidenti Hyosunq Li bildirdi.

Daha çox göstər
Back to top button