ArtsaxBaşlıcaSiyasət

İqtisadiyyata 190 milyon dollara yaxın ziyan dəyib: Artsaxın Ombudsmanı

Artsax Respublikasının Ombudsmanı Geğam Stepanyan Azərbaycan tərəfindən Artsaxın 100 günlük blokadası nəticəsində fərdi və kollektiv insan hüquqlarının pozulmasına dair fövqəladə üçdilli hesabat dərc edib.

Hesabatda hərtərəfli və təfərrüatlı şəkildə 100 bənd vasitəsilə dərinləşən humanitar böhran və Azərbaycanın Artsax xalqına qarşı soyqırım siyasətini əks etdirən məlumatlar təqdim olunub.

Hesabatda blokada ilə bağlı 24 fotoşəkil və 27 insan hekayəsi, sonda isə Azərbaycan-Qarabağ münaqişəsi kontekstində Artsax xalqının hüquqlarının pozulması barədə məlumatlar təqdim olunub.

Qeyd olunub ki, blokada ilə yanaşı, Azərbaycan onsuz da ağır humanitar böhranı daha da dərinləşdirmək və Artsax xalqına insan iztirabları yaşatmaq məqsədi ilə Artsaxın həyati vacib infrastrukturlarının: qaz təchizatı, elektrik enerjisi və kommunikasiyaların normal fəaliyyətini qəsdən pozur.

Blokada, həyati əhəmiyyət kəsb edən infrastrukturun pozulması, habelə mütəmadi və ardıcıl olaraq həyata keçirilən silahlı hücumlar və güc tətbiqi hədələri Artsaxı fiziki və psixoloji hədə-qorxu ilə, həyat üçün dözülməz şərait yaratmaqla etnik təmizləməyə məruz qoymaq və Artsaxın yerli erməni əhalisini məhv etmək məqsədi güdürlər.

·      İnsanların Stepanakert-Qoris avtomobil yolu (Laçın dəhlizi) ilə ikitərəfli hərəkəti təxminən 178 dəfə azalıb (245 000 əvəzinə: 1 376 giriş-çıxış).

·      Yoldan 43 dəfə az nəqliyyat vasitələrinin hərəkəti qeydə alınıb (92.000 əvəzinə 2.154 maşın daxil olub və çıxıb və bu, yalnız Qırmızı Xaç və Rusiya sülhməramlıları tərəfindən olub).

·      Həyati əhəmiyyət daşıyan yüklər lazım olduğundan təxminən 11 dəfə az (40 000 ton əvəzinə 3707 ton) idxal edilib.

·      Blokada nəticəsində 570-i uşaq olmaqla ümumilikdə 3900 nəfər evlərinə qayıda bilməyib. 

·      Planlı əməliyyatların dayandırılması ilə əlaqədar 900-ə yaxın vətəndaş səhhətindəki problemlərini əməliyyat yolu ilə həll etmək imkanından məhrum edilib.

·      Azərbaycan Ermənistandan Artsaxa qaz verilişini ümumilikdə 34 gün tamamilə və ya qismən kəsib.

·      Ermənistandan Artsaxa elektrik enerjisinin verilişi 71 gündür ki, tamamilə kəsilib.

·      Təxminən 9800 nəfər faktiki işini və gəlirini itirib.

·      Qaz və elektrik enerjisinin kəsilməsi meşələrin qırılmasına səbəb olub, 6200-ə yaxın əlavə ağacı kəsib.

·      Ölkə iqtisadiyyatına təqribən 190 milyon ABŞ dolları dəyərində zərər dəyib və bu, proqnozlaşdırılan illik ÜDM indeksinin (903 milyon dollar) təxminən 21 faiz təmin edilməməsinə səbəb olub.

Hesabatda vurğulanır ki, 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının davamlı və dəfələrlə pozulmaları ilə yanaşı Azərbaycan BMT Beynəlxalq Ədalət Məhkəməsinin məcburi qərarını 27 gündür ki, icra etmir. Üstəlik, bundan sonra Azərbaycan tərəfi aqressiv hərəkətlərə əl atdı, Artsax xalqı arasında insan tələfatına səbəb oldu.

Ona görə də beynəlxalq ictimaiyyətin beynəlxalq ali məhkəmənin qərarını praktiki vasitələrlə yerinə yetirmək və növbəti Azərbaycan cinayətlərinin, o cümlədən planlaşdırılan yeni və bəşəriyyətə qarşı ən qəddar cinayətin qarşısını almaq hüququ və təkzibedilməz öhdəliyi var.

Daha çox göstər
Back to top button