BaşlıcaSiyasət

Xİ nazirinin müavini ADR parlamentarilərinə:   “DQ və Laçın dəhlizində beynəlxalq faktaraşdırıcı missiya mütləqdir”

Martın 21-də ER Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədr müavini Tabea Rösnerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ER Xarici işlər nazirliyindən verilən məlumata görə, Xarici işlər nazirinin müavini Almaniya Bundestaqının nümayəndə heyətinin Ermənistana səfərini alqışlayaraq, Ermənistan-Almaniya münasibətlərinin inkişafında parlamentlərarası təmasların olduğunu vurğulayıb.

Həmsöhbətlər Ermənistan-Almaniya münasibətləri ilə bağlı məsələlərin geniş spektrini müzakirə ediblər.

“Paruyr Hovhannisyan alman parlamentarilərinə regiondakı mürəkkəb təhlükəsizlik vəziyyətini, eləcə də Azərbaycanın Ermənistanın suveren ərazisinə qarşı həyata keçirdiyi təcavüzün nəticələrini təqdim edərkən AB-nin uzunmüddətli müşahidə missiyasının sabitliyin təmin edilməsində rolunu vurğulayıb” – deyərək mesajdaqeyd olunub..

Mənbənin məlumatına görə, nazir müavini onu da vurğulayıb ki, Azərbaycanın Laçın dəhlizinin qanunsuz kəsilməsi, polis əməkdaşlarının öldürülməsi, vaxtaşırı atəşkəs rejiminin pozulması, eləcə də mülki əhalinin hədə-qorxu ilə üzləşməsi Dağlıq Qarabağ və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı  missiya  göndərilməsini zəruri hesab edir.

Daha çox göstər
Back to top button